London “Arsenal”ının baş məşqçisi Mikel Arteta zədələnən qapıçı David Rayanın son durumu ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, qolkiper UEFA Çempionlar Liqasının Dortmund “Borussiya”sına qarşı keçiriləcək növbəti matçında iştirak edə bilməyəcək. Bununla belə, futbolçunun zədəsinin ilkin ehtimallardan daha yüngül olduğu və əməliyyata ehtiyac duyulmadığı açıqlanıb.

Arteta bildirib ki, Rayyanın vəziyyəti ilə bağlı əlavə müayinələr aparılacaq. Lakin ilkin nəticələr nikbin danışmağa əsas verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest