"Liverpul"un cinah oyunçusu Məhəmməd Salah qış "transfer pəncərəsi"ndə klubdan ayrılmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

33 yaşlı misirli futbolçu yanvar ayından etibarən "qırmızılar"dan müqaviləsinin qarşılıqlı şəkildə ləğv edilməsini istəyəcək. Səbəblər arasında baş məşqçi Arne Slotla münaqişə də var ki, bu da onun Çempionlar Liqasında "İnter"ə qarşı oyun üçün heyətdən kənarda qalmasına səbəb olub.

"Liverpul"un isə hazırda Salahı yanvar ayında buraxmağa hazır olmadağı bildirilir.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"da 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest