09 Dekabr 2025, 17:13
ÇEMPİONLAR LİQASI
"Ayaks"ın qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, çexiyalı qolkiper yaxşı oyun sərgiləməyə çalışacaqlarını bildirib:
"Ayaks"da xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.



_1765203041_1765332435.jpg)








