09 Dekabr 2025, 19:43
FUTBOL
"Əlimizə düşən fürsətləri vursaydıq, daha fərqli oyun gedəcəkdi".
"Kəpəz" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun keçdi. Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtsizliyimiz oldu. Əlimizə düşən fürsətləri vursaydıq, daha fərqli oyun gedəcəkdi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq. "Araz-Naxçıvan"ı təbrik edirəm.
- Oyundan sonra hakimlərə nə dediniz?
- Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam.



_1765203041_1765332435.jpg)








