zərbaycanlı hakim Avropa Liqa Liqa mərhələsinin VI turunun "Frayburq" - "Zalzburq" oyununu idarə edəcək.

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, azərbaycanlı hakim Avropa Liqa Liqa mərhələsinin VI turunun "Frayburq" - "Zalzburq" oyununu idarə edəcək.

Ona yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayeev yerinə yetirəcək.

VAR-da ingiltərəli Stüart Etyuell olacaq. AVAR-da isə Niderlanddan olan Pol van Boekel əyləşəcək.

Qeyd edək ki, "Frayburq" - "Zalzburq" qarşılaşması 12 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest