09 Dekabr 2025, 19:40
FUTBOL
"Liverpul"un idarə heyəti Arne Slotun baş məşqçi vəzifəsindən kənarlaşdırılması üçün ehtiyat planı hazırlayır. Hazırda "Real"a rəhbərlik edən ispaniyalı məşqçi Xabi Alonso potensial əvəzedici kimi siyahıda birinci yerdədir.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, "mersisaydlılar" Alonsonu həm taktiki zəkası, həm də klubla emosional əlaqəsi baxımından komanda üçün ideal məşqçi hesab edirlər.
44 yaşlı mütəxəssisin komandası qarşıdakı Çempionlar Liqası matçında, "Mançester Siti"yə uduzacağı təqdirdə "Real"dan qovula biləcəyi ehtimal edilir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 15 oyunundan sonra "Liverpul"un 23 xalı var və 10-cu yerdə qərarlaşıb.



_1765203041_1765332435.jpg)








