"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı üzvlərindən olan Jota Silva sıradan çıxıb.

Portuqaliyalı vinger Super Liqanın 15-ci turunun "Qaziantep"lə oyununda (2:2) zədələnib. 26 yaşlı futbolçu dekabrın 14-də "Trabzonspor"la səfər matçında komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" Jota Silvanı mövsümün əvvəlində "Nottingem Forest"dən icarəyə götürüb. O, "ağ-qaralar"ın heyətində keçirdiyi 8 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest