"Karvan-Yevlax"dan ayrılan iranlı müdafiəçi Səid İranxan klubla bağlı açıqlamalar verib.
Matc.az xəbər verir ki, o, komanda daxilindəki vəziyyət və Azərbaycan futbolundakı problemlər haqda danışıb:
"Mən Azərbaycanda heç kəsə pislik etməmişəm. Hər kəslə yola gedirdim. Orada qalmaq istəyirdim, çox sevirdim. Nişanlımdan ayrı düşsəm də, hər şeyə səbr edirdim.
Dediyim kimi çox problemlər var idi, saymaqla bitməz. Amma heç vaxt pisləmək niyyətim olmayıb. Mən oranı pisləsəm, elə bil Azərbaycanı pisləmiş olaram. Bunu da heç vaxt etmək istəmirəm. O klubda olan problemləri heç İranda ikinci, üçüncü liqada görə bilməzsiniz.
Digər komandalarda belə problemlər yoxdur. Orada Qəbələ Şəhər Stadionunu gördüm, möhtəşəm idi, "Neftçi"nin stadionu əla idi. İnsaf deyil ki, onlarla bağlı pis nəsə deyəsən. Ancaq süni meydançaları yığışdırmaq lazımdır. İranda 5 ildir ki, qadağan edilib. Süleyman Əhmədov mənim gözümün önündə elə zədələndi ki, 3 gün yemək yeyə bilmədim.
Süni meydançalar böyük problemlər yaradır. AFFA-ya bununla bağlı məktub göndərmək istəyirdim. Əgər o süni ot örtükləri yığışsa, liqanın səviyyəsi qalxar".
Qeyd edək ki, 24 yaşlı müdafiəçi mövsümün əvvəlində "Karvan-Yevlax"a cəlb olunub və çıxdığı 10 oyunda 1 qolun müəllifi olub.












_1767799613.jpg)