07 Yanvar 2026, 20:11
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri klubla yeni müqavilə imzalamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.
Bildirilir ki, son detallar hələ dəqiqləşdirilir. Yeni müqavilə 2028-ci ilə qədər davam edəcək. Qnabrinin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, bu mövsüm Qnabri bütün turnirlərdə 21 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Qnabri 2018-ci ilin yayından bəri Münhen klubundandır.





_1767903980.jpg)






