"Zaltsburq" hücumçusu Petar Ratkov karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Latsio" serbiyalı forvardın transferi ilə bağlı Avstriya klubu ilə anlaşma əöldə edib. Roma təmsilçisi Ratkov üçün qarşı tərəfə 12+5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçunun İtaliyada illik maaşı isə 1,5 milyon avro olacaq.

Qeyd edək ki, Petar Ratkov bu mövsüm "Zaltsburq"un heyətində keçirdiyi 29 oyunda 12 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest