07 Yanvar 2026, 17:14
FUTBOL
"Bavariya"nın futbolçusu Serj Qnabri böyük ehtimalla komandada çıxışını davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında aparılan danışıqlar artıq yekun mərhələyə çatıb. Yaxın vaxtlarda son məsələlərin razılaşdırılacağı və bundan sonra 30 yaşlı vingerin 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atacağı gözlənilir.
Qnabri 2017-ci ildən "Bavariya"nın formasını geyinir. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər nəzərə alınmaqla 21 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Qnabrinin "Bavariya" ilə mövcud müqaviləsinin müddəti yayda başa çatır.












