07 Yanvar 2026, 13:15
FUTBOL
"Fənərbaxça" "Latsio"da çıxış edən Matteo Qenduzinin keçidini həll edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. İstanbul nəhəngi fransalı yarımmüdafiəçi üçün İtaliya klubuna bonuslarla birlikdə 29 milyon avro təzminat ödəyəcək. "Fənərbaxça" 26 yaşlı futbolçunun özü ilə də şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Matteo Qenduzi bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 16 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












