07 Yanvar 2026, 11:10
MPL
"Bayquşlar" özbəkistanlı yarımmüdafiəçi üçün Rusiya klubuna 400 min avro (897 min manat) ödəyib.
"Sabah" icarə əsasında heyətinə qatdığı Umarali Rahmonaliyevin transfer hüquqlarına yiyələnib.
Matc.az xəbər verir ki, Masazır təmsilçisinin bunun üçün "Rubin"ə nə qədər təzminat ödədiyi məlum olub.
"Bayquşlar" özbəkistanlı yarımmüdafiəçi üçün Rusiya klubuna 400 min avro (897 min manat) ödəyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Azərbaycan klubu 22 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Umarali Rahmonaliyev mövsümün ilk yarısında "Sabah"ın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












