"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Yevlax təmsilçisi Samir Abdullayevin keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Karvan-Yevlax"ın formasını geyinəcək.

Qeyd edək ki, Samir Abdullayev mövsümün birinci hissəsini "Mingəçevir"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest