"Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketa ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Flamenqo" braziliyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı-qaralar" Braziliya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İngiltərə klubu ilə anlaşma əldə olunsa, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi yetirməsi olduğu kluba qayıdacaq.

Qeyd edək ki, Lukas Paketa bu mövsüm "Vest Hem"in heyətində keçirdiyi 19 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest