"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan Rodriqo Bekan Super Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Kasımpaşa" braziliyalı futbolçunu icarəyə götürmək istəyib. İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlu Bekanla şəxsən əlaqə saxlayaraq onu komandasına dəvət edib. 29 yaşlı mərkəz müdafiəçisi "Kasımpaşa"ya keçməyə isti yanaşır.

Qeyd edək ki, Rodriqo Bekan bu mövsüm "Fənərbaxça"nın heyətində cəmi 1 oyunda 6 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest