12 Yanvar 2026, 13:55
FUTBOL
"Aston Villa"nın hücumçusu Doniel Malen karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Italia" məlumat yayıb.
"Roma" niderlandlı forvardın keçidi ilə bağlı İngiltərə klubu ilə razılıq əldə edib. "Canavarlar" 26 yaşlı futbolçunu 27 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Doniell Malen bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 29 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib.



_1768233441.jpg)








