İcarə əsasında "Udineze"də çıxış edən Nikolo Zanyolo A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Napoli" müqavilə ilə "Qalatasaray"a məxsus olan italiyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Neapol təmsilçisinin idman direktoru Covanni Manna Zanyolonun meneceri Klaudio Viqorelli ilə görüşüb. 26 yaşlı futbolçu özü "Napoli"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, Nikolo Zanyolu bu mövsüm "Udineze"nin heyətində keçirdiyi 20 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest