"Qarabağ" Çempionlar Liqasına hazırlığını Avstriyada davam etdirir. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün ilk yoxlama görüşünə çıxıb.

Qurban Qurbanov yetirmələrini Bolqarıstan təmsilçisi "Ludoqorets"lə qarşılaşmada sınayıb. Hər hissədə bir qol vuran Bolqarıstan təmsilçisi meydanı 2:0 hesablı qalibiyyətlə tərk edib.

Qeyd edək ki, Bakı toplanışı zamanı "Səbail" üzərində 3:1 hesablı qələbə qazanan "Qarabağ" Avstriyada daha 3 yoxlama görüşü keçirəcək. Ölkə çempionu müvafiq olaraq Rumıniya “Krayova”sı (25 iyun), Rusiya “Ufa”sı (28 iyun) və Çexiya “Viktoriya”sı (2 iyul) ilə üz-üzə gələcək.

 

Yoxlama görüşü

22 iyun

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) - 0:2

"Qarabağ": 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest