"Latsio" "Atalanta"dan Daniel Maldinini icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi italiyalı hücumameyilli yarımmüdafiəçi üçün 1 milyon avro icarə haqqı ödəyib. "Latsio" 10 milyon avro qarşılığında 24 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Daniel Maldini mövsümün ilk yarısında "Atalanta"nın heyətində 11 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest