"Fənərbaxça" UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turu çərçivəsində səfərdə FKSB-nin qonağı olacaq.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi oyuna ciddi itkilərlə çıxacaq. 6 futbolçu Rumıniya səfərində komandaya kömək edə bilməyəcək.

Levent Mercan və Arçi Braun zədəli, kapitan Milan Şkrinyar isə cəzalı durumdadır. Türkiyə klubunun yeni transferləri Mert Günok, Matteo Qenduzi və Antoni Musaba qaydalara görə bu görüşdə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, FKSB - "Fənərbaxça" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest