"Bu anları yaşadığım üçün çox xoşbəxtəm. Çempionlar Liqası hər futbolçunun çıxış etməyi arzuladığı bir səhnədir".
"Qarabağ"ın braziliyalı futbolçusu Mateus Silva ölkəsinin mətbuatına açıqlama verib.
Matc.az xəbər verir ki, "bahianoticias.com.br" saytına danışan 28 yaşlı sağ cinah müdafiəçisi Çempionlar Liqasında iştirak etdiyi üçün xoşbəxt olduğunu deyib:
"Bu anları yaşadığım üçün çox xoşbəxtəm. Çempionlar Liqası hər futbolçunun çıxış etməyi arzuladığı bir səhnədir. Belə böyük oyunlarda "Qarabağ"a kömək edə bilmək xüsusi hissdir. Komandamızda kollektiv iş çox güclüdür. Bilirik ki, hələ tarix yaza bilərik. İndi əsas məqsəd ayaqları yerə möhkəm basmaq və diqqəti itirməməkdir".
Qeyd edək ki, "Qarabağ" bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu oyununa çıxacaq. "Liverpul"la səfər matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












