30 Yanvar 2026, 10:45
FUTBOL
"Əl-Nəsr"in futbolçusu Uesli karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Real Sosyedad" braziliyalı vingeri heyətinə qatmaq üçün Səudiyyə Ərəbistanı klubu ilə razılıq əldə edib. La Liqa təmsilçisi 20 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, "Əl-Nəsr" Ueslini 2024-cü ilin yayında "Korintians"dan transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 18 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












