Misli Premyer Liqasının XVIII turunda "İmişli" səfərdə "Qəbələyə 3:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, oyundan sonra "İmişli"nin qapıçısı Andrey Sinenka saytımıza müsahibə verib:
- Yəqin ki, minimum bir xal qazanmaq istəyirdiz. Həlledici məqam nə oldu?
- Şərh vermək çətindir. Hamı çox məyusdur. Başqa nəticə üçün oynayırdıq. Minimum bir xal qazanmalı idik, ən yaxşı halda isə 3 xal. Amma təəssüf ki, belə alındı.
- "Qəbələ"nin heyətində bir futbolçu het-trik etdi. Onu dayandıra bilmədiz?
- Görünür ki, bu görüşdə ulduzu parladı. Ən yaxşı oyununu oynadı. Yaxşı oyun göstərdi. Bilmirəm. Biz çox məyusuq, çox əsəbiyik. Durduq yerdə qollar buraxdıq.
- Yəqin ki, ən çox buraxdığın 2-ci qola məyus olursan? "Qəbələ"nin futbolçusu Avropasayağı qol vurdu...
- Bəli, yaxşı qol alındı, yaxşı vurdu. Birinci, ikinci və üçüncü qol zamanı da zərbələri yaxşı vurdu. Ustalığının haqqını vermək lazımdır.
- Uzun zamandır ki, qalib gələ bilmirsiz. Nə baş verib, "qara zolaq"dasız?
- Xeyr, heç bir "qara zolaq" yoxdur. Komandada hər şey yaxşıdır.
- Nəticə yoxdur axı...
- Necə nəticə yoxdur? "Zirə" ilə heç-heçə oynadıq. Onlar da çempionatın liderlərindən biridir. "Araz-Naxçıvan"la heç-heçə etdik. Son dəqiqələrdə təsadüfi qol buraxdıq. "Qəbələ" ilə görüşdə də son dəqiqədə qapımızda qol gördük.Ola bilər ki, son dəqiqələrdə konsentrasiyamız itir. Bu yöndə işləyəcəyik. Çünki bütün qollarıbirinci və ikinci hissənin sonlarında buraxırıq.
- Öz performansını necə dəyərləndirirsən? Əvvəlki matçlarda sənə qol vurmaq çətin idi, indi isə bir matçda 2-3 qol buraxırsan. Problem müdafiə xəttindədir?
- Fikrimcə, mənə indi də qol vurmaq çətindir. Sadəcə belə alınır. Əlbəttə ki, hər oyunu "sıfır"la çıxmaq istəyirəm.
- "Qəbələ" stadionunun qazonunu bəyəndin?
- Əlbəttə, pis deyildi.
- Azərbaycanda ən yaxşısı olduğunu demək olar?
- Xeyr.
- Ən yaxşısı hansıdır?
- "Sabah", "Zirə", "Sumqayıt"ın stadionlarının ot örtüyünü demək olar.












