"Nyukasl" Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı Bakıdakı oyunu üçün bilet satışına başlayıb. Biletlərin qiyməti 18 funt-sterlinq (təxminən 42 manat) olacaq.
İngiltərənin "Nyukasl" klubu Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı Bakıdakı oyunu üçün bilet satışına başlayıb.
Matc.az xəbər verir ki, klub əvvəlcə mövsüm bileti sahiblərinin müraciətlərini nəzərdən keçirəcək.
Daha sonra isə xüsusi bonus xallarına əsasən bilet paylayacaq.
Sabahdan etibarən həmin azarkeşlər elektron biletlər ala biləcəklər. Biletlərin qiyməti 18 funt-sterlinq (təxminən 42 manat) olacaq.
Qeyd edək ki, "Qarabağ" – "Nyukasl" matçı fevralın 18-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.












