17 Fevral 2026, 09:22
FUTBOL
"Leypziq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televizyası məlumat yayıb.
"Mançester Siti" 19 yaşlı vingeri transfer etmək istəyir. "Şəhərlilər" Fil Dişi Sahili millisinin üzvü üçün Almaniya klubuna 100 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Yan Diomande bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 6 qol ötürməsi edib.








_1771274987.jpg)



