İngiltərə Premyer Liqası Ramazan ayında müsəlman futbolçular üçün fasilə tətbiq edəcək.

Matc.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə futbolunda mühüm qərarlardan biri qəbul olunub. Ramazan ayı ərzində müsəlman futbolçuların iftar vaxtı ovuclarını açaraq su içməsi və ya qida qəbul etməsi üçün oyunlarda qısa fasilələr veriləcək.

Bu addımın əsas məqsədi dini ibadətə hörmət göstərilməsi və futbolçuların sağlamlığının qorunmasıdır. Fasilələr oyunun təbii dayanma anlarına uyğun şəkildə təşkil olunacaq ki, matçın ritminə ciddi təsir etməsin.

Son illərdə Avropa futbolunda Ramazan dövründə oxşar praktika bir neçə çempionatda tətbiq olunub və müsbət qarşılanıb. Yeni qərarın rəsmi şəkildə elan olunacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest