"Barselona"nın sabiq məşqçisi Xavi Mərakeş millisinin baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, ispaniyalı mütəxəssis Valid Reqraqinin yerini tuta bilər, lakin rəsmi danışıqlar hələ başlamayıb.

Baş məşqçi dəyişikliyi ilə bağlı müzakirələr Mərakeşin Afrika Millətlər Kubokunda evdəki zəif çıxışı ilə əlaqələndirilir. Xavinin komandanı istədiyi oyun tərzinə uyğunlaşdırmaq üçün az vaxtın olması səbəbiylə, 2026-cı il dünya çempionatından əvvəl milli komandaya rəhbərlik etməyə razılaşması ehtimalı azdır. O, daha çox 2030-cu il dünya çempionatından əvvəl milli komandaya məşqçilik etmək ehtimalını nəzərdən keçirir.

 Qeyd edək ki, bu gün Valid Reqraqi istefa verdiyini açıqlayıb. O, DÇ-2022-də milli komandanı yarımfinala çıxarmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest