27 Fevral 2026, 12:17
FUTBOL
"Lans"ın hücumçusu Rayan Fofana karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sports Boom" məlumat yayıb.
"Arsenal" və "Çelsi" fransalı forvardı transfer etmək istəyir. Liqa 1 təmsilçisi 20 yaşlı futbolçu üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, Rayan Fofana "Lans"ın yetirməsidir. 20 yaşlı futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 22 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.












