"Real"qarşıdakı yay transfer pəncərəsi üçün əsas prioritetlərindən birini müəyyənləşdirib.

Matc.az xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etməyi hədəfləyib.

Madrid klubuna yaxınlığı ilə tanınan insayder Ramon Alvares de Mon bildirib ki, “Real” artıq bu keçid üçün zəmin hazırlayır. Transferin reallaşmasında əsas amil 29 yaşlı dayaq yarımmüdafiəçisinin fiziki durumudur. Əgər Rodrinin tibbi göstəriciləri heç bir şübhə doğurmassa, madridlilər onun üçün təxminən 50 milyon avro ödəməyə hazırdırlar.

İspaniyalı futbolçunun “Mançester Siti” ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Rodri cari mövsümdə zədələr səbəbindən “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 23 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest