01 Mart 2026, 14:39
FUTBOL
"Bavariya"nın hücumçusu Harri Keyn ardıcıl dörd Bundesliqa oyununda iki və ya daha çox qol vura bilən üçüncü futbolçu olub.
Matc.az xəbər verir ki, Keyndən əvvəl bu nailiyyətə yalnız 1967-ci ildə Dortmund "Borussiya"sından Lotar Emmeriç və 2001-ci ildə "Volfsburq"dan Tomislav Mariç nail olub.
Qeyd edək ki, Keyn 2025/2026-cı il mövsümündə Almaniya çempionatında 24 matçda 30 qol vurub.












