Norveçin "Bodo-Qlimt" komandasının baş məşqçisi Kyetil Knutsen Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Sportinq" komandasına qarşı qazandığı qələbəni şərh edib.
Matc.az xəbər verir ki, o, yarımmüdafiəçi Patrik Berqə güvəndiyini və yaranmış boşluqdan istifadə edən komandasının oyunundan məmnun qaldığını deyib.
"Xüsusilə ilk hissədəki oyunumuzu çox bəyəndik. Rəqib çox boşluq buraxdı və biz bundan yararlana bildik. Diqqətimizi Patrik Berqə yönəltdik. Hücumd üçüncü bölgədə say üstünlüyümüz var idi, ona görə də matç komandamız üçün uğurlu alındı.
İkinci hissədə çox açıq idik. Rəqib çoxlu əks-hücumlar yaratdı və bu, bizim üçün daha çətin oldu", - deyə Norveç klubunun baş məşqçisi bildirib.
Xatırlafaq ki, matç Norveç komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Sportinq" və "Bodo-Qlimt" arasında cavab oyunu mart 17-də baş tutacaq.












