"Mançester Yunayted" yarımmüdafiəçi Kobbi Maino və müdafiəçi Harri Maquayr ilə müqavilə uzatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"Qırmızı şeytanlar" 20 yaşlı Mainonun müqaviləsini 2031-ci ilin yayına qədər uzatmaq və maaşını əhəmiyyətli dərəcədə artırılmasını istəyirlər. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

33 yaşlı Maquayraya daha bir mövsüm uzatmaq imkanı ilə 1 illik müqavilə təklif olunacaq. Müdafiəçinin hazırkı müqaviləsi gələn yay başa çatır.

Maquayr bu mövsüm 19 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Maino isə 23 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest