"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə ciddi maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.

Portuqaliyalı futbolçu bu yay azad agent ola bilər və Turin klubu ona mövsümünə təxminən 7 milyon avro maaşla 3 illik müqavilə təklif etmək niyyətindədir.

Silvanın özü hələ gələcəyi ilə bağlı qərar verməyib. 31 yaşlı futbolçu karyerasının son mərhələsində yeni arayış içindədir. "Yuventus" da onun üçün cəlbedici variantlar arasındadır, amma bu, yeganə deyil. O, bütün təklifləri qiymətləndirmək istəyir.

Qeyd edək ki, Silva bu mövsüm 41 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest