"Borussiya" mərkəz müdafiəçisi Luka Reggiani ilə peşəkar müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Müqavilənin təfərrüatları açıqlanmayıb. 18 yaşlı italyan futbolçu uzunmüddətli müqavilə imzalayıb.

Luka 2024-cü ilin fevral ayında "Sassuolo"dan Dortmund klubunun gənclər akademiyasına qoşulub. O, "qara-sarılar"ın U-19 komandasında 32, U-23 komandasında isə 4 oyun keçirib.

Reggiani cari mövsüm "Volfsburq" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda böyüklər komandasında debüt edib. Daha sonra o, "Dortmund"da daha 4 oyun keçirib və "Auqsburq"a qarşı qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest