Almaniya milli komandasının heyətində itki baş verib.

Matc.az xəbər verir ki, "Bavariya"nın qapıçısı Yonas Urbiq sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı qolkiper millinin düşərgəsində dizindən zədələnib. O, yığma komandanın İsveçrə və Qana ilə keçirəcəyi yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Yonas Urbiq bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 14 matçda 13 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest