"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri, onun "Atletiko"da oynamış olmasının "Real"a potensial transferinə mane olmayacağını barədə açıqlamasından danışıb.

Matc.az xəbər verir ki, o, həmçinin gələcəkdə La Liqaya qayıtmaq istədiyini də bildirib.

"Mən bu cür şeylərə öyrəşmişəm. Əgər 50 dəqiqəlik müsahibədən istədikləri hər şeyi çıxarsalar, deməli, deyəcək sözüm yoxdur. Mən sözünü olduğu kimi deyən biriyəm. Əgər kimsə istəsə, müsahibə yalnız hissə-hissə deyil, tam şəkildə də var", - deyə Rodri açıqlama verib.

Qeyd edək ki, yarımmüdafiəçi 2019-cu ildən "Mançester Siti"də oynayır. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 65 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest