28 Mart 2026, 13:24
FUTBOL
"Barselona" rəhbərliyi Rafinyanın Braziliya millisində zədələnməsindən narazı qalıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, Kataloniya klubunun rəhbərliyi mövsümün bitməsinə 2 ay qalmış futbolçuların sağlamlığının riskə atılmasını məqsədəuyğun hesab etmir. Komandanın baş məşqçisi Hans-Diter Flik də Rafinyanın zədələnməsinə görə qəzəblənib.
Xatırladaq ki, martın 27-də "Barselona" Rafinyanın sağ budunun arxa əzələsindən zədə aldığını açıqlayıb. 29 yaşlı futbolçunun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.












