“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb. Millimiz bununla xal sayını 2-yə çatdırıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Matc.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb. Millimiz bununla xal sayını 2-yə çatdırıb.

Qeyd edək ki, U-17 ilk turda Bolqarıstan yığması ilə heç-heçə (1:1) edib. Komandamız qrupda son matçını martın 30-da Malta seçməsinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest