Rumıniya Futbol Federasiyası bu gün Slovakiya ilə keçiriləcək yoldaşlıq oyunundan sonra baş məşqçi Mirça Luçesku ilə yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə "TruMedia" portalı məlumat yayıb.

Yığmanın yeni baş məşqçisinin kim olacağı da məlumdur. Federasiya millini əfsanəvi George Haciyə əmanət edəcək. 61 yaşlı mütəxəssisin qarşısına Avro-2028 və DÇ-2030-a vəsiqə qazanmaq tapşırığı qoyulacaq.

Qeyd edək ki, Rumıniya seçməsi dünya çempionatının seçmə mərhələsinin pley-off yarımfinalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olaraq mundiala getmək şansını itirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest