30 Mart 2026, 20:35
FUTBOL
"Xetafe" "Lion" dan icarəyə götürdüyü Martin Satrianonun transfer hüquqlarına yiyələnib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Uruqvay millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Xetafe" Martin Satrianonu bu ilin yanvarında icarəyə götürmüşdü. 25 yaşlı hücumçu La Liqa təmsilçisinin heyətində 10 oyunda 3 qol vurub.


_1774907195.jpg)

_1774904796.jpg)







