Bu gün Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində növbəti oyununa çıxacaq.

Matc.az xəbər verir ki, yığmamız Syerra Leone millisi ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

FIFA Series – 2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest