31 Mart 2026, 09:21
FUTBOL
"Leypziq" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Venesuelanın "Monaqas" klubunda çıxış edən Yervin Sulbaranın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Leypziq" venesuelalı vinger üçün 2 milyon avro təzminat ödəyəcək. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Yervin Sulbaran "Monaqas"ın yetirməsidir. Gənc oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 8 oyunda 1 qol vurub.


_1774953174.jpg)









