21 yaşadək futbolçular arasında 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilir.

Matc.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi səfərdə Bolqarıstanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

6 tirdan sonra 5 xal toplayan yığmamız qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan seçməsi isə 4-cü yerdədir.

Avro-2027
Seçmə mərhələ
31 mart

Bolqarıstan U-21 - Azərbaycan U-21
Baş hakim: Denis Şurman
Yan xətt hakimləri: 
Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: 
Dmitro Pançişin
Xristo Botev satdionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest