30 Mart 2026, 21:18
FUTBOL
"Bavariya" mövsümün sonunda Rafael Qerreyro ilə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya millisinin üzvünün yayda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq. 32 yaşlı sağ cinah müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, Rafael Qerreyro bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 23 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.




_1774907195.jpg)







