Türkiyənin gənclərdən ibarət (U-21) milli komandasının baş məşqçisi Egemen Korkmaz Xorvatiya ilə matç zamanı qəfil huşunu itirərək yerə yıxılıb.
Matc.az xəbər verir ki, hadisə qarşılaşmanın 36-cı dəqiqəsində, futbolçu Dəmir Ege Tıknazın qırmızı vərəqə almasından sonra baş verib.
Hakim qərarına etiraz edən 43 yaşlı mütəxəssis kənarda pencəyini çıxardığı zaman ayağı sürüşərək yıxılıb və başını yerə vurub. Huşunu itirən Korkmaza tibbi heyət ilkin müdaxiləni yerində həyata keçirib. Daha sonra baş məşqçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, baş hakim oyunu müvəqqəti dayandıraraq hər iki komandanın oyunçularını paltardəyişmə otağına göndərib. Rəsmi açıqlamada Egemen Korkmazın huşunun yerində olduğu və ehtiyat tədbiri olaraq müayinə üçün xəstəxanaya aparıldığı bildirilib.











_1774978346.jpg)
