"Benfika"nın qapıçısı Anatoli Trubin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

"Tottenhem" ukraynalı qolkiperi transfer etmək istəyir. London təmsilçisi Trubini yayda komandadan ayrılacağı gözlənilən Qulyelmo Vikarionun davamçısı kimi düşünür. Premyer Liqa nəhəngi 24 yaşlı "əlcək sahibi" üçün Portuqaliya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Anatoli Trubin başa çatan mövsümdə "Benfika"nın heyətində keçirdiyi 50 oyunda qapısında 43 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest