"Mançester Yunayted" rəhbərliyi kamerunlu qapıçı Andre Onananın gələcəyi ilə bağlı problemlə üzləşib. Komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, qolkiperin maaşı xeyli artacaq.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, Maykl Kerrikin komandası hazırda Premyer Liqada üçüncü yerdədir və əgər Çempionlar Liqasına vəsiqə qazanarsa, qapıçının maaşı əvvəlki səviyyəsinə qayıdacaq.

Kamerunlu futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər olduğundan, klub bunun 29 yaşlı futbolçu üçün daimi transfer və ya icarə üçün yeni seçimlər axtarışını çətinləşdirəcəyindən narahatdır. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

2025-ci ilin sentyabrında Türkiyənin "Trabzonspor" klubuna icarəyə verilən 29 yaşlı kamerunlu futbolçu növbəti mövsümöncəsi təlim-məşq toplanışı üçün "qırmızı şeytanlar"a qayıtmağı və start heyəti uğrunda mübarizə aparmağı planlaşdırdığı qeyd edilir.

Onana bu mövsüm Türkiyə klubunda bütün yarışlarda 24 oyunda, "Mançester Yunayted"də isə İngiltərə Liqa Kubokunda 1 oyunda iştirak edib, 34 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest