"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Yuventus" uruqvaylı forvardı transfer etmək istəyir. A Seroyası nəhəngi yaxın zamanda Nunyeslə danışıqlara başlamağı planlaşdırır.

"Əl-Hilal" 26 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatının ikinci yarısı üçün sifariş ərizəsinə daxil etməyib. Buna görə də Uruqvaylı hücumçu Asiya təmsilçisindən ayrılmaq niyyətindədir.

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunyesi mövsümün əvvəlində "Liverpul"dan 53 milyon avroya transfer edib. Futbolçu komandanın heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest