03 Aprel 2026, 11:04
FUTBOL
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Matc.az xəbər verir ki, günün ilk oyununda "Zirə" "Turan Tovuz"un qonağı olacaq. Sumqayıtda keçiriləcək oyuna 17:30-da start veriləcək.
"Qarabağ" isə "Sabah"la üz-üzə gələcək. Həmin matç isə 20:00-da başlayacaq.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar
3 aprel
17:30 "Turan Tovuz" - "Zirə"
Baş hakim: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00 "Qarabağ" - "Sabah"
Baş hakim: Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika Stadionu


_1695730346.jpg)









